logo

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentarılərinin görüşü keçirilib

12:12 06-03-2023 | icon 3395
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentarılərinin görüşü keçirilib

Martın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentinin Xarici əlaqələr komitələrinin rəhbərlərinin 8-ci görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin komitə sədri Akif Çağatay Kılıç və Gürcüstan parlamentinin komitə sədri Nikoloz Samxaradze iştirak ediblər.

Görüşdə üç ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.