logo

Rusiya İran dronları ilə Ukraynaya hücum edib

11:55 06-03-2023 | icon 1876
Rusiya İran dronları ilə Ukraynaya hücum edib

Rusiya hərbçiləri martın 6-a keçən gecə Ukrayna ərazisinə İran istehsalı olan “Şahed” tipli 15 kamikadze dronu ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 13-nü vurub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonda bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynaya kamikadze dronları ilə şimal istiqamətindən hücum edib.

"İlkin olaraq 15 PUA buraxılıb, onlardan 13-ü müxtəlif atəşli silahlarla hava hücumundan müdafiə vasitələri ilə məhv edilib. Nəticə kifayət qədər yaxşıdır. Şimaldan hücuma keçiblər, Ukraynanın mərkəz, şərq rayonlarına hücum ediblər", - deyə Yuri İqnat əlavə edib.

Ötən gecə Kiyev vilayətində də hava həyəcanı siqnalı çalınıb.