logo

Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlir

11:22 06-03-2023 | icon 1015
Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlir

Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.

YeniAvropa xəbər verir ki, Latviyanın dövlət başçısı səfər çərçivəsində Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.