logo

Minaya düşərək həlak olan baş leytenant dəfn olunub

09:29 06-03-2023 | icon 952
Minaya düşərək həlak olan baş leytenant dəfn olunub

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

YeniAvropa xəbər verir ki, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.

Allah rəhmət eləsin!