logo

Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib

10:32 05-03-2023 | icon 833
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.