logo

Paytaxtda supermarketə silahlı hücumla bağlı araşdırma aparılır

13:53 04-03-2023 | icon 1050
Paytaxtda supermarketə silahlı hücumla bağlı araşdırma aparılır

Xətai rayonu ərazisində yerləşən supermarketlərin birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.