logo

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri gələn həftə Bakıya gəlir

13:13 03-03-2023 | icon 1239
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri gələn həftə Bakıya gəlir

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono gələn həftə regiona ilk səfərini edərək Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq.

YeniAvropa xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın sözlərinə görə, Luis Bono Azərbaycan və Ermənistan arasında dinc nizamlama prosesinə dəstək vermək, həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü məsələsində dəyişməz mövqeyini ifadə etmək üçün yüksək vəzifəli liderlərlə görüşməyi planlaşdırır. O, əvvəlcə Bakiya, bundan sonra İrəvana və Tiflisə səfər edəcək.

Ned Prays vurğulayıb ki, Qafqaz danışıqları üzrə baş müşavirin səfərində məqsəd, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrini möhkəmləndirməkdir.

Dövlət Departamenti martın 1-də peşəkar diplomat Luis Bononun ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş müşavir təyin olunduğunu elan edib. O, əvvəllər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə və BMT-nin Vyanadakı təşkilatlarında Birləşmiş Ştatların nümayəndəsi, həmçinin ABŞ dövlət katibinin iqtisadi və işgüzar məsələlər üzrə müavini vəzifələrində çalışıb.