logo

Bakının mərkəzi küçələrinə bu gündən beton baryerlər qurulacaq

12:53 03-03-2023 | icon 2023
Bakının mərkəzi küçələrinə bu gündən beton baryerlər qurulacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1 Azərbaycan Qran-Pri"sinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.

BŞH-dən YeniAvropa-ya bildirilib ki, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinədək davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq.