Azərbaycan AEBA üçün əhəmiyyətli tərəfdaşdır
Martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox istiqamətlərdə uzun illərdən bəri birgə proqramlar həyata keçirildiyini, kənd təsərrüfatı, neft-kimya sənayesi, tibb və sair sahələrdə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edərək, digər bir sıra istiqamətlərdə də geniş perspektivlərin olduğunu vurğulayıb.
Görüş zamanı nazir, həmçinin nüvə təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda Ermənistan tərəfindən köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor atom elektrik stansiyasının istismarı zamanı AEBA tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Baş direktor Qrossi Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu diqqətə çatdıraraq, keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və Agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qırğızıstan dövlət bayrağını dəyişdirir
Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib
Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək
Ekoloji qaydaların pozulması hallarının qarşısı alınıb
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq
Respublika fənn olimpiadaları keçiriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 85,77 dollara satılır
21 yaşlı nəvəsi tərəfindən bıçaqlanan baba aparıldığı xəstəxanada öldü
Serbiya prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlini qoyub
Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib
Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək
Ödənişli yolun Xaçmazdan keçən hissəsində qəza: 2 nəfər ölüb
Zaqatalada nəvə babasına bıçaqladı
SOCAR Özbəkistanda kimyəvi məhsullar istehsal edəcək
Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu gələn il qardaş ölkədə keçiriləcək
Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub
Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib
SOCAR-ın Türkmənistanda nümayəndəliyi açılıb
Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva
Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb
Milli Məclis Ermənistan parlamentinin spikerinin açıqlamasına münasibət bildirib
Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edib
"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib