İrandan Azərbaycana 62 kq narkotika keçirmək istədi
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, martın 1-də saat 01:30-da DSX-nin “Göytəpə” sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxsin Ağsu rayon sakini 1986-cı il təvəllüdlü Manafov Məmməd Ağahəsən oğlu olması müəyyən edilib, üzərindəki bağlamaya baxış zamanı ümumi çəkisi 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.
Martın 2-də saat 00:10-da Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib. Aparılmış axtarış-əməliyyat tədbirləri nəticəsində ərazidən 90-BZ-775 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə uzaqlaşmağa cəhd edən Şirvan şəhər sakinləri 1975-ci il təvəllüdlü Əliyev Əli İsrafil oğlu, 2002-ci il təvəllüdlü Balayev Arif Alxas oğlu və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Mirzəyev Kamal Əliməmməd oğlu saxlanılıblar. Şəxslərin üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb.
Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqca isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. A.Balayevə dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Martın 2-də saat 02:10-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Zevin kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, saat 04:30-da “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 18 kiloqram 400 qram narkotik vasitənin (17 kiloqram 400 qram marixuana, 400 qram heroin, 500 qram tiryək), saat 07:00 radələrində Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 7 kiloqram 100 qram narkotik maddə marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib