logo

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

10:01 02-03-2023 | icon 994
Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov martın 2-də Azərbaycana səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.