logo

Hacı Şahin Həsənli dünyasını dəyişib

09:49 02-03-2023 | icon 945
Hacı Şahin Həsənli dünyasını dəyişib

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

 YeniAvropa xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində bildirilib.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.