logo

EURO-2024:Azərbaycan-Avstriya matçının biletləri satışa çıxarılıb

22:22 01-03-2023 | icon 1617
EURO-2024:Azərbaycan-Avstriya matçının biletləri satışa çıxarılıb

Avstriya Futbol İttifaqı "EURO-2024"ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ev oyunu üçün VIP biletləri satışa çıxarıb.

YeniAvropa qurumun rəsmi saytına istinadla xəbər verir ki, böyüklər üçün bir biletin qiyməti 474 avro təşkil edir. Uşaqlar üçün bilet almaq istəyən şəxslər isə 300 avro ödəyəcəklər.

Stadionun digər sektorlarına bilet satışı bir qədər sonraya saxlanılıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu bu il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.