logo

Mədəniyyət nazirinə yeni müavin təyin edilib, ikisi işdən çıxarılıb

19:49 01-03-2023 | icon 1008
Mədəniyyət nazirinə yeni müavin təyin edilib, ikisi işdən çıxarılıb

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

Dövlət başçısının imzaladığı digər sərəncamlarla Vaqif Əliyev mədəniyyət nazirinin birinci müavini və Sevda Məmmədəliyeva isə nazir müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.

Son təyinata qədər o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyirdi.