logo

Rəsmi Bakı səfirliyimizə terror hücumu ilə bağlı İran tərəfindən cavab gözləyir

18:30 01-03-2023 | icon 1043
Rəsmi Bakı səfirliyimizə terror hücumu ilə bağlı İran tərəfindən cavab gözləyir

Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən terror hücumunun təfərrüatları və videoçəkilişlər tərəfimizdən incələnir.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşü zamanı deyib.

Nazir terror hücumunun təfərrüatlarının və videoçəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.

“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cür hücumlardan qorunmasının təmin edilməsini qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb.