Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfər edib
Xəbər verildiyi kimi, fevralın 28-dən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti ABŞ-ın Yuta ştatında rəsmi səfərdədir. Amerika Birləşmiş Ştatlarının tanınmış “Stirlinq” Fondunun, eləcə də İsa Məsih və Sonuncu Günün Müqəddəsləri kilsəsinin birgə dəvəti ilə təşkil olunan səfərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete və başqaları iştirak edirlər.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərin məqsədi Azərbaycanın əsrlər boyu formalaşdırdığı və inkişaf etdirdiyi tolerantlıq, dini dözümlülük, müxtəlif inanclar və onların daşıyıcıları arasında birgəyaşayış normalarının təbliği, birgə fəaliyyət istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışıdır.
Səfərin ilk günü azərbaycanlı qonaqlar Yuta ştatının ali qanunvericilik orqanı olan Senatda olublar. Burada ilk görüş “Stirlinq” fondunun prezidenti və baş icraçı direktoru Edvard Rove ilə keçirilib. E.Rove Azərbaycanı yaxşı tanıdığını və burada fərqli dini icmaların birgə fəaliyyəti, dövlətin onlar üçün yaratdığı əlverişli şəraiti, dövlət orqanları ilə Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə səmərəli fəaliyyətini vuğulayaraq bildirib ki, dini müxtəliflik və tolerantlıq baxımından Azərbaycan Respublikası ilə Yuta ştatı arasında olan yaxın əlaqələr xalqlarımız və dövlətlərimiz arasında əlaqələri genişləndirməklə dünyada örnək olaraq qalmaqdadır.
Sonra Yuta ştatının Senatında Azərbaycan nümayəndə heyətinin rəsmi salamlama mərasimi keçirilib və senatorlar qonaqları alqışlarla qarşılayıblar. Mərasimdə Yuta ştatı Senatının Azərbaycanda tolerantlıq, multikulturalizm siyasəti, dini müxtəlifliyin qorunması ilə bağlı qəbul etdiyi bəyannamənin mətni oxunub. Senatın prezidenti Stüart Adamsın və senator Mihael MakKellin imzaladığı sənəddə deyilir: “Yuta ştatının Senatı bəyan edir ki, Azərbaycan müsəlmanlar, xristianlar və yəhudilər arasında qədim zamanlardan bəri mövcud olan dinlərarası tolerantlıq ənənəsinə sadiq qalaraq ölkədə multikulturalizm və dinlərarası harmoniyanı daha da inkişaf etdirmək üçün səy göstərir. Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan region və bütün dünya üçün model olaraq çıxış edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsləri və iştirakı ilə Yer üzündə dini rəngarəngliyi qorumaq və inkişaf etdirmək, əməkdaşlıq üçün dünyanın fərqli konfessiyalarının liderlərini dəfələrlə bir araya gətirə biliblər. Yuta ştatı Şeyxülislam Allahşükür Paşazadəni, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi, dini icma rəhbərlərini və digər qonaqları Senatda salamlamaqdan şərəf duyur. Biz bir daha bəyan edirik ki, Yuta Senatı Azərbaycanın dini tolerantlığı və dinlərarası əməkdaşlıq dəyərlərini möhkəmlətmək istiqamətində apardığı işi təqdir edir”.
Sonra Yuta ştatı Senatının prezidenti Stüart Adams Azərbaycan nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirib. Görüşdə bildirib ki, Azərbaycanla digər sahələrdə olduğu kimi, dinlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Yuta ştatı Azərbaycan Respublikası ilə əlaqələri, səmimi dostluq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır və bunun üçün kifayət qədər zəmin vardır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səmimi qəbul üçün S.Adamsa minnətdarlığını bildirərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını çatdırıb və qeyd edib ki, Yuta ilə əlaqələrin genişlənməsi üçün kifayət qədər zəmin vardır. Təsadüfi deyildir ki, Yuta ABŞ-nin ştatları arasında Xocalı soyqırımını ilk tanıyanlar sırasındadır. Bundan başqa, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın dinc quruculuq və bərpa işlərinə mane olan minlərlə partlamamış minanın zərərsizləşdirilməsində də yutalıların böyük yardımı olub. Şeyxülislam Allahşükür Paşazadə Yuta Senatının prezidentini Azərbaycana səfərə dəvət edib.
Səfər davam edir.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq