Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda müsabiqə elan edir.
Komitədən YeniAvropa-ya verilən məlumata görə, müsabiqənin təşkil edilməsində məqsəd medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media məkanında faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə verməkdir.
Ailə məsələləri, qadın hüquqları və gender bərabərliyi, uşaq hüquqları istiqamətləri üzrə aktual mövzular seçilə bilər.
Müsabiqəyə 2023-cü il 1 yanvar - 30 iyun tarixində yayımlanan (televiziya, qəzet, jurnal və informasiya agentlikləri və onlayn mediada) yazı və videomateriallar buraxılacaq. Həcmi 2000-10000 arası işarə, “Arial” 12 ölçüsündə “MS Word” sənədi şəklində olan yazılar (çap materialıdırsa PDF şəklində), müddəti 1-5 dəqiqə arası olan süjetlər (link qeyd edilməklə) Azərbaycan və rus dillərində təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyən media nümayəndələrindən iyunun 30-dək dərc və ya nümayiş edilmiş materialları “Müsabiqəyə təqdim olunur” başlığı ilə: ad və soyadı, işlədiyi media subyektinin adı, əlaqə nömrəsi, yayımlanan yazı və ya videomaterialın linkini əlavə edərək, [email protected] ünvanına göndərmək xahiş olunur. Hər müəllif müsabiqəyə yalnız bir material təqdim edə bilər.
Martın 1-dən iyulun 1-dək tarixlərini əhatə edəcək müsabiqənin nəticələri 22 iyul - Milli Mətbuat Günündə elan olunacaq.
Müsabiqəyə qəbul edilən materiallardan 10 ən uğurlu iş müsabiqə komitəsi tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə zamanı mövzunun aktuallığı, dolğun əhatə edilməsi, faktlardan istifadə və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, konkretlik, maarifləndiricilik və informasiyalılıq, cəmiyyətə nümunəvi, pozitiv mesajın ötürmə dərəcəsi, problemə fərqli yanaşma kimi meyarlar nəzərə alınacaq. Qaliblər diplom və hədiyyələrlə (noutbuk) mükafatlandırılacaq.
Maraqlananlar əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:
Telefon: (+99412) 498 80 93
E-mail: [email protected] .
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib