logo

İmişlidə qanunsuz ov edən küveytlilər cəzalandırılıb

09:29 01-03-2023 | icon 959
İmişlidə qanunsuz ov edən küveytlilər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.Bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Vkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.

B.Məhəmmədov bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.