logo

Bosniya və Herseqovinanın rəhbəri Azərbaycana gəlib

21:41 28-02-2023 | icon 980
Bosniya və Herseqovinanın rəhbəri Azərbaycana gəlib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç fevralın 28-də Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.