logo

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələri müzakirə edilib

18:48 28-02-2023 | icon 980
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələri müzakirə edilib

Fevralın 28-də Azərbaycan Milli Məclisinin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasındakı dostluq münasibətləri, Azərbaycan və Ukrayna xalqlarını birləşdirən dəyərlər, parlament diplomatiyasının yaratdığı imkanlar, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin genişləndirilməsində dostluq qruplarının rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regional təhlükəsizlik və digər məsələlər barədə fikirlərini bölüşüb.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə danışıb, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və mənəvi dəstəyə görə təşəkkürünü ifadə edib.