Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının iclası keçirilib
Bakıda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının bir illiyinə həsr olunmuş “Rusiya-Azərbaycan münasibətləri XXI əsrdə: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda konfrans və Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirlərdə Rusiya və Azərbaycanın tanınmış politoloqları, Milli Məclisin deputatları iştirak ediblər.
Yüksək səviyyəli iclasın açılışında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov çıxış ediblər. Regional təhlükəsizlik, qarşılıqlı siyasi fəaliyyət, iqtisadi əməkdaşlıq və qarşılıqlı humanitar fəaliyyətə dair kompleks məsələlərə aid aparılan müzakirələrin vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə apardığı danışıqlar və mətbuat konfransında toxunulan geniş məsələlər spektri barədə söz açıb. İclas iştirakçılarını salamlayan nazir vurğulayıb ki, Rusiya-Azərbaycan Ekspert Şurası qısa müddət ərzində iki ölkə ekspertlərinin daimi fəaliyyət göstərən əməkdaşlıq formatına çevrilib.
Ekspert Şurasının fəaliyyətinin diplomatlara yaxşı kömək olduğunu bildirən Azərbaycan XİN başçısı deyib: “Bizim bütün səviyyələrdə fəal qarşılıqlı əlaqələrimiz siz ekspertlərin arxayınlaşmasına imkan vermir, sizə zəngin material təqdim edir ki, bu materiallardan da öz tədqiqatlarınızda, ekspert qiymətləndirmələrinizdə istifadə edə bilərsiniz”.
Nazir Ceyhun Bayramov deyib: “Qurulan diplomatik münasibətlərin kifayət qədər mürəkkəb tarixi zaman kəsiyi olan 30 illik dövrü ərzində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, çoxillik ikitərəfli qarşılıqlı fəaliyyətin məntiqi nəticəsidir və bir sıra elementlərə əsaslanır. Mən onların arasında, ilk növbədə, liderlərimizin etimada əsaslanan şəxsi münasibətlərini və qarşılıqlı anlaşma səviyyəsini qeyd etmək istərdim”.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib