logo

Bu il Azərbaycanla rekord ticarət dövriyyəmiz olacaq-Lavrov

14:12 28-02-2023 | icon 854
Bu il Azərbaycanla rekord ticarət dövriyyəmiz olacaq-Lavrov

Biz Ceyhun Bayramovla nümayəndə heyəti səviyyəsində fundamental və strateji tərəfdaşlıq, eyni zamanda, müttəfiqlik barədə olan əməkdaşlığı müzakirə etdik. Həmçinin ikitərəfli regional və beynəlxalq məsələlər üzrə də fikir mübadiləsi apardıq. Əminik ki, müttəfiqlik sazişinin dərinləşdirilməsi nəticəsində regional məsələlərdə sabitlik olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, ötən il Azərbaycan və Rusiya prezidentləri 7 dəfə görüşüb və 12 dəfə telefonla müzakirələr aparıblar. Ölkələrimiz arasında müzakirələrin intensivliyi bu il də eyni tempdə saxlanılıb.

“Hökumətlərarası və parlamentlərarası münasibətlərimiz də inkişaf edir. Proqnozlara görə rekord sayda ticarət dövriyyəmiz qeydə alınacaq. Biz də praktiki cəhətdən əlaqələrimizi gücləndirərək meqa layihələrlə buna nail olmaq istəyirik”, - deyə S.Lavrov vurğulayıb.