logo

Ceyhun Bayramov Sergey Lavrovla görüşünü faydalı hesab edir

13:33 28-02-2023 | icon 910
Ceyhun Bayramov Sergey Lavrovla görüşünü faydalı hesab edir

Ətraflı müzakirələr aparmağa imkanımız oldu və geniş spektrli suallar müzakirə edildi. Keçən ilin nəticələri barədə müzakirələrimiz oldu, eyni zamanda, cari il ərzindəki hadisələri müzakirə etmək imkanımız yarandı. Ölkələrimiz arasında diplomatik münasibətləri, eyni zamanda, hökumətlərarası münasibətlərin perspektivləri barədə fikir mübadiləsi apardıq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Dost qonşu münasibətlərimizdən danışan Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin səfərini ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə təsadüf etməsi baxımdan faydalı hesab edib.