logo

Bayden Ukraynaya “Abrams” tanklarının verilməsini təsdiqləyib

18:58 25-01-2023 | icon 378
Bayden Ukraynaya “Abrams” tanklarının verilməsini təsdiqləyib

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib.

YeniAvropa  xəbər verir ki, o, bu barədə Ağ Evdəki çıxışı zamanı deyib.

C.Bayden bildirib: “Bu gün mən ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyini elan edirəm. Bu, bir Ukrayna tank batalyonuna bərabərdir”.

Baydenin sözlərinə görə, “Abrams” tanklarının Kiyevə çatdırılması vaxt aparacaq, lakin ABŞ tezliklə Ukrayna Silahlı Qüvvələrinin ekipajlarını hazırlamağa başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.