logo

Azərbaycanda daha 42 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

17:57 25-01-2023 | icon 574
Azərbaycanda daha 42 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 42 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 459 nəfər müalicə olunaraq sağalıb, 10 min 77 nəfər vəfat edib. Aktiv xəstə sayı 275 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2294, bu günə qədər isə ümumilikdə 7 milyon 477 min 729 test icra olunub.