logo

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib

14:34 25-01-2023 | icon 378
Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib

“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin dövr sayılır”.

 YeniAvropa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, bu müddət bitəndən sonra insanda baş, göz, qulaq ağrısı varsa, bu bakterial ağrı sayılır: “Bu zaman həkimə mücariət etmək və müalicə almaq lazımdır”.

Ə.Quliyev vurğulayıb ki, uşaqlarda temperaturun 5-gündən çox davam etməsi təhlükəlidir.

O deyib ki, uşaqlarda 4-5-gündən artıq temperatursalan dərman istifadəsinə baxmayaraq, temperatur düşmürsə, müayinədən keçirmək, qan və sidik analizi vermək lazımdır: “Ondan sonra nəticələr dəyərləndirməlidir. Yəni temperaturun 5-gündən çox düşməməsi təhlükəlidir”.

Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarını quruması yüksək temperatur zamanı ola bilər: “Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”.