logo

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin toplantısı keçiriləcək

12:32 25-01-2023 | icon 1890
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin toplantısı keçiriləcək

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Toplantıda bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı ötən il fevralın 4-də  "Gülüstan" sarayında keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da təşkil olunub. Növbəti toplantılar isə 2017-ci il fevralın 23-də, 2018-ci il fevralın 15-də, 2019-cu il fevralın 20-də, 2020-ci il fevralın 28-də, 2021-ci il fevralın 11-də keçirilib.