logo

Bu gün UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq

12:52 25-01-2023 | icon 392
Bu gün UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatmada 4 milli komanda – Xorvatiya, İtaliya, Niderland (ev sahibi) və İspaniya yer alacaq.

Qeyd edək ki, Millətlər Liqasının yarımfinal matçları iyunun 14-15-də, üçüncü yer və final oyunu isə ayın 18-də keçiriləcək.