logo

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib

11:11 25-01-2023 | icon 301
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti(DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, xidmətdə həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

-Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

-30 yaşı keçməməli;

-Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30. Əlaqə nömrəsi:012-498–01–59.