logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

10:30 25-01-2023 | icon 812
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 65 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarılan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.