logo

Koronavirusdan ölüm sayı yenidən artır-ÜST

10:10 25-01-2023 | icon 658
Koronavirusdan ölüm sayı yenidən artır-ÜST

Ötən il dekabrın əvvəlindən bəri COVID-19-a yoluxmaların rəsmi təsdiqlənmiş sayı artır.

YeniAvropa xəbər verir ki, bu barədə bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib. Baş direktorun sözlərinə görə, son səkkiz həftə ərzində bu xəstəlik nəticəsində 170 mindən çox insan həyatdan köçüb.

ÜST başçısı bildirib ki, bu həftə, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan olunduqdan təqribən üç il sonra təşkilatın ekspertləri yenidən toplaşacaq, hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmamasını müzakirə edəcəklər.

“Mən Fövqəladə Hallar Komitəsinin tövsiyələrini qabaqlamayacağam. Mən ölüm hallarının sayının artmasından əvvəlki kimi çox narahatam. Üç il bundan əvvəlki, pandemiyanın başlandığı vaxt ilə müqayisədə bizim yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, səhiyyə sistemi yenidən gərginlik keçirir”, - deyə Qebreyesus vurğulayıb.