logo

Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb

09:29 25-01-2023 | icon 392
Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının(ŞKTR) xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə ŞKTR-in XİN başçısı özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, - deyə nazir paylaşımında qeyd edib.

Xatırladaq ki,  yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. İclasda İƏT-ə sədrlik rəsmən Azərbaycana keçib. İclasda nazir Ceyhun Bayramov çıxış edərək Azərbaycanın təşkilata sədrliyinin prioritetlərini açıqlayıb.