logo

"Qarabağ" albaniyalı hücumçunun transferini açıqladı

17:58 24-01-2023 | icon 686
"Qarabağ" albaniyalı hücumçunun transferini açıqladı

"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.