logo

Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

16:51 24-01-2023 | icon 1512
Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 388 nəfər müalicə olunaraq sağalıb, 10 min 75 nəfər vəfat edib. Aktiv xəstə sayı 275 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 908, bu günə qədər isə ümumilikdə 7 milyon 475 min 435 test icra olunub.