logo

Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə gedib

09:31 24-01-2023 | icon 1015
Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə gedib

Yanvarın 24-də xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.