Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək
Azərbaycanda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası üzrə danışıqlar davam edir.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunda reallaşdırılması planlaşdırılan layihənin illik təxminən 500 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehsalına töhfə verəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, “Masdar” şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb. Bu isə gələcəkdə də digər bərpaolunan enerji stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir.
Həmçinin elektrik enerjisi itkilərinin azaldılması məqsədilə müvafiq qurumlar tərəfindən həm ötürücü, həm də paylayıcı şəbəkədə mütəmadi işlər həyata keçirilir. İstismara yararsız avadanlıqlar yeni və müasirləri ilə dəyişdirilir, istismar müddəti başa çatmış elektrik verilişi yenilənir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə ötürücü şəbəkədə itkilər 2,1 faizdən 1,9 faizə, paylayıcı şəbəkədə isə müvafiq olaraq 8,9 faizdən 8,8 faizə endirilib.
Xatırladaq ki, ötən ilin martında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyulub.Bu layihə “Masdar” şirkəti tərəfindən tamamilə özəl investisiya hesabına reallaşdırılır. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, həmçinin 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir.
Əfv Komissiyasında 100-dən artıq müraciətə baxılıb
Lavrov Bayramovla Laçın dəhlizindəki vəziyyəti müzakirə edib
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib
FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cinayət məsuliyyəti müəyyənləşib
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün Azərbaycanda 444 doza vaksin vurulub
Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub
İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq
Tarif Şurasının iclası keçirilib
Ötən il Azərbaycanda 322,3 min ton pambıq yığılıb
Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır
Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb
Sabahdan banklardakı əmanətlər vergiyə cəlb olunacaq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür
İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX
Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi azalacaq