Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Şərur Rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumata bildirilib ki, istintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.