logo

Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

12:31 23-01-2023 | icon 1008
Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat pul, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəYeniAvropa-ya bildirilib ki, rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 25-ci polis şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.