logo

Strasburqda AŞ PA-nın qış sessiyası başlayıb

11:33 23-01-2023 | icon 875
Strasburqda AŞ PA-nın qış sessiyası başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb.

YeniAvropa xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edir.

Sessiyanın ilk günündə parlamentarilər Assambleyanın sədr və onun müavinlərini seçəcəklər və Komitə üzvlərini təyin edəcəklər.

Qış sessiyası cari məsələlərin müzakirəsi və təcili prosedur müzakirələrlə işini davam etdirəcək. Təcili prosedur müzakirələri çərçivəsində “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə bağlı hüquqi məsələlər və insan hüquqlarının pozulması”, “Dövlət xidməti nümayəndələrinə qarşı hücumlar” mövzuları, cari məsələlər çərçivəsində isə "Priştina və Belqrad arasında son gərginlik" və “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinə reaksiya” mövzuları müzakirə olunacaq.

Parlamentarilər günün birinci yarısında sessiyanın gündəliyini və Daimi Komitənin protokolunu təsdiqləyəcəklər.

Günün ikinci yarısında Büro və Daimi Komitənin ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlərə dair məruzə müzakirə olunacaq.