ƏƏSMN mənzillərin onlayn qaydada satışına başlayıb
Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin "ms.sosial.gov.az" portalı üzərindən onlayn satışına başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq və mənzil seçmək imkanı yaradılıb.
Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat verilir.
Portalda almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı “Bron et” düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.
Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Mənzillərin portal üzərindən satışı iyulun 1-dək davam edəcək.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək olar.
Azərbaycan İsrailə başsağlığı verib
BMT baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib
Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib
Misir prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN
Azərbaycan və İran XİN başçıları telefonla danışıb
Qırğızıstanın XİN başçısı Azərbaycana başsağlığı verib
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
SOCAR ötən il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında 21 məsələyə baxılacaq
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır-Çavuşoğlu
İran vətəndaşından 6 kq narkotika alan şəxs saxlanılıb
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
İran səfiri Azərbaycan səfirliyinə qarşı silahlı hücumu pisləyib
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
AZAL martdan Rusiyanın 3 şəhərinə aviareyslərə başlayır
DTX: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb
Rəsmi Bakı Tehrandan səfirliyimizə terror hücumunu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub