logo

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub

09:49 23-01-2023 | icon 728
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 kilometr şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhədində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.