logo

Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

14:54 21-01-2023 | icon 987
Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər.

 YeniAvropa xəbər verir ki, “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) ötən ilin idmançı və komandaları arasında səsvermə keçirir.

Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda iştirak edir. Bu iştirakçıların hamısı ötən il iyulun 7-17-də ABŞ-n Birminqem şəhərində (Alabama ştatı) keçirilmiş kikboksinq üzrə XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.

Azərbaycandan bu səsvermədə həmin yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də V İslam Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir. Hər 24 saatdan bir iki idmançıya səs verə bilərsiniz. Birinci səs verdiyiniz idmançıya səs iki, ikinci səs verdiyiniz atletə bir olaraq hesablanır.

İlkin səsvermə yanvarın 22-də başa çatacaq. Əgər idmançımız ilk onluğa düşsə, ikinci səsvermə mərhələsinə adlayacaq. İkinci mərhələ yanvarın 31-dək davam edəcək. İlin idmançısı və komandasına pul mükafatı və hədiyyə veriləcək.

Səsverməyə bu link - (https://www.theworldgames.org/awards/Athlete-of-the-Year-2022-108) vasitəsilə qoşula bilərsiniz.