logo

Ölkədə daxili kreditlərin həcmi 20,2 milyard manat təşkil edir

13:52 21-01-2023 | icon 952
Ölkədə daxili kreditlərin həcmi 20,2 milyard manat təşkil edir

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2022-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, milli valyuta ekvivalentində 20218,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, ümumi kredit portfelinin 16312,5 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 18,4 faiz azalaraq 641,3 milyon manat olub və ümumi kredit portfelinin 3,2 faizini təşkil edib.