logo

Sabah Bakıda şimal küləyi əsəcək,12° isti olacaq

12:12 21-01-2023 | icon 1393
Sabah Bakıda şimal küləyi əsəcək,12° isti olacaq

Azərbaycanda yanvarın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 776 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.