Milli Məclisin deputatları AŞ PA-nın qış sessiyasında iştirak edəcəklər
Yanvarın 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) qış sessiyası öz işinə başlayacaq.
YeniAvropa xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edəcək.
AŞ PA qış sessiyası Assambleyanın yeni sədrinin və sədr müavinlərinin seçkisi ilə başlayacaq. Komissiyaların üzvləri təyin ediləcək. Sessiya “Rusiya Federasiyasının Ukraynaya təcavüzünün hüquqi və insan hüquqları məsələsi üzrə təcili prosedur debatlarla işini davam etdirəcək. Sessiyanın ilk günündə cari məsələlərin müzakirəsi çərçivəsində "Priştina və Belqrad arasında son gərginlik" və təcili prosedur müzakirələri zamanı isə "Dövlət xidməti işçilərinə hücumlar"a dair müzakirələr aparılacaq. Mayın 16 və 17-də İslandiyanın paytaxtında keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının dördüncü Zirvə Görüşünə dair AŞPA-nın təkliflərinə dair məruzə təqdim ediləcək.
Sessiyada İslandiyanın baş naziri Katrin Yakobsdottir və Almaniyanın xarici işlər naziri Annalena Baerbokun çıxışları da gündəmdədir. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç kommunikasiyasını AŞPA üzvlərinə təqdim edəcək.
Qadınlara qarşı zorakılıqla mübarizə mövzusu sessiyanın əsas məqamlarından olacaq, münaqişə ilə bağlı cinsi zorakılığa dair debatlar, İstanbul Konvensiyası, eləcə də qadınlara qarşı zorakılığa son qoyulmasında kişilərin rolu və məsuliyyətinə dair birgə debatlar təşkil ediləcək.
Sessiyanın gündəliyinə silahlı münaqişələrin ətraf mühitə təsiri, izləmə proqramları, etik, mədəni və təhsil problemləri də daxildir.
Assambleya yekun gündəliyini sessiyanın açılışında təsdiqləyəcək.
Əfv Komissiyasında 100-dən artıq müraciətə baxılıb
Lavrov Bayramovla Laçın dəhlizindəki vəziyyəti müzakirə edib
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib
FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cinayət məsuliyyəti müəyyənləşib
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün Azərbaycanda 444 doza vaksin vurulub
Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub
İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq
Tarif Şurasının iclası keçirilib
Ötən il Azərbaycanda 322,3 min ton pambıq yığılıb
Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır
Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb
Sabahdan banklardakı əmanətlər vergiyə cəlb olunacaq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür
İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX
Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi azalacaq