logo

Qarabağda təbii sərvətlərin talanmasında xarici investorlar da iştirak edib-Nazir

15:15 20-01-2023 | icon 1519
Qarabağda təbii sərvətlərin talanmasında xarici investorlar da iştirak edib-Nazir

Qarabağ ərazisindəki təbii sərvətlərin talanmasında bir sıra xarici investorlar da iştirak edib.

YeniAvropa  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfinin “müdafiəçiləri” tərəfindən səsləndirilən təbii sərvətlərin talanması və ekoloji terror mövzusunun süni şəkildə şişirdilmiş bir problem olduğu iddiaları tamamilə əsassızdır.

O, ermənilərin Qarabağda törətdiyi cinayətlərlə bağlı son iki il ərzində ciddi işlərin aparıldığını vurğulayıb:

“Bu mövzu 12 dekabr tarixində yaranmayıb. Ermənilərin Qarabağda törətdikləri cinayətlər üzərində son iki il ərzində ciddi işlər gedib və Ermənistan tərəfi ilə müzakirələr aparılıb. Qarabağ ərazisində yataqların sayı çoxdur. Onların sırasında qızıl yataqları və digər mədənlər də var. Qarabağ bölgəsi təbii sərvətlərlə zəngin olan ərazidir. Qarabağ ərazisində 151 məlum olan yataqdan, 52-sinin ilk dəfə istifadəsi 1993-cü ildən başlayıb və kobud şəkildə talanıb. Burada bir sıra xarici ölkə investorları da iştirak edib. Mövzu hazırda hüquqi müstəvidə olduğu üçün konkret ölkə adlarının anonsunu vermək düzgün deyil. Hər kəs tam əmin ola bilər ki Azərbaycan dövləti məsələnin mürəkkəbliyinə baxmayaraq bu prosesdən çəkilməyəcək və müvafiq addımları atmaqda davam edəcək”.