Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi(BŞYPİ) vətəndaşlara müraciət edib.
YeniAvropa xəbər verir ki, BŞYPİ-nin açıqlamasında bildirib.
Qeyd edilib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:
"Sürücülərdən xahiş olunur ki həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq"