logo

Ov qaydalarını pozan Qətər vətəndaşları cəzalandırılıblar

15:30 19-01-2023 | icon 560
Ov qaydalarını pozan Qətər vətəndaşları cəzalandırılıblar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov YeniAvropa-ya bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Şahvani və Muhammed Qanim Maal Xayarin olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb.