logo

Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılıb

14:34 19-01-2023 | icon 1001
Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılıb

Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.

YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.