logo

İlham Əliyev Davosda Avropa Bankının birinci vitse-prezidenti ilə görüşüb

13:43 19-01-2023 | icon 1484
İlham Əliyev Davosda Avropa Bankının birinci vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 19-da Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib.

Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.